• 20 Sentyabr 2024 08:23

Blogerlər pulu və məşhurluğu necə qazanır? – Fərid Pərdəşünasdan AÇIQLAMA

XXI əsr bir çox peşələri sıradan çıxarsa da, fərqli peşələrin də yaranmasına səbəb olub. Müasir dövrün ən çox danışılan, qazanclı hesab edilən peşələrindən buiri isə bloqçuluqdur.

Bəs, bu işin mahiyyəti və özəllikləri nədir? Bu peşəylə necə pul qazanmaq olar?

Mövzu ilə bağlı Sfera.az-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, indi bloqçuluqdan pul qazanmaq asanlaşıb:

“Bloqlar məhsullarını satmaq və ya reklam etmək istəyən insanları cəlb edir. Nəticədə daha uğurlu bir təşviq üçün sərbəst bloq adlanan bir sahə yaranır. Bir sıra şəxslər bu peşəyə yiyələnərək, qısa zamanda məşhurlar sırasına daxil olmağı bacarır. Deməli, bloqçuluq gəlirlə yanaşı, həm də insanlara məşhurluq bəxş edir. Məhz buna görə gənclər arasında bloq yaratmaq sahəsində vizual rəqabət gedir. Bloq insanların heç bir yerə getmədən saniyələr içində yüksək miqdarda pul qazanmasına şərait yaradır. Rahat və sərfəli bir iş mexanizmi olan bloq işçilərinin qazandığı pul illərlə çalışan şirkət işçisinin qazandığı puldan daha yüksəkdir”.

Mütəxəssis bildirib ki, bloqerlikdən pul qazanmaq üçün reklam edilən məhsula tələbat olmalıdır:

“Heç bir tələbat olmayan məhsulun reklamı effektiv nəticə verə bilməz. Buna görə də əmək bazarını bilmək, yaxud araşdırmaq mühüm rol oynayır. Blogger olmaq istəyən şəxslər ilk öncə əmək bazarındakı vəziyyəti müşahidə etməlidirlər”.

Tacxeber.com

Oxşar xəbərlər