Ukrayna ordusu Stepovoydan cənubda Rusiyanın mövqelərinə hücumlarını davam etdirir. Koks zavodu və Avdiv sənaye zonası yaxınlığında şiddətli döyüşlər gedir.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna qoşunları Avdiv yaxınlığında əks-hücuma keçərək itirilmiş mövqelərini bərpa ediblər.
Ukrayna qüvvələri Stepovoyun cənubundakı meşə zolağında Rusiyanın mövqelərinə qarşı hücuma keçiblər.
Eyni zamanda, Rusiya ordusu Avdiv istiqamətində hücum əməliyyatlarını davam etdirərək irəliləyib.
Geolokasiya görüntüləri rusların Avdivin şimalındakı su anbarı ərazisində irəlilədiyini göstərir. Bundan əlavə, Rusiya qoşunlarının şəhərdən 5 km şimal-qərbdə Stepovoy daxilində irəlilədikləri bildirilir. (Teleqraf)