“Azərbycanda sponsor tapmaq çox çətin məsələdir. Məsələn, Türkiyədə sponsorlara müəyyən imtiyazlar verilir. Vergidən azad olunurlar ki, komandalara sponsorluq etsinlər. Azərbaycanda isə belə bir qanun layihəsi yoxdur”.
Tacxeber.com xəbər verir ki, bu sözləri “Xarıbülbül Laçın” voleybol komandasının baş məşqçisi Cavid Süleymanov deyib. O, komanda daxilində yaşanan qalmaqaldan da söz açıb:
“Azərbaycanda sponsor tapmaq üçün bir tanışın olmalıdır. Bizə də bu məsələdə Hacı Nuranı məsləhət gördülər ki, məmurlarla və s. əlaqələri var. Biz yaxşı mənada bundan istifadə etməyə çalışırdıq və özünə də bildirmişdik. Biz ona başa saldıq ki, sən gəlib kresloda oturub komandanı idarə etməyəcəksən, sponsorlar cəlb etməlisən. O biz fikirləşdiyimizdən də böyük vədlərlə qəbul etdi. 15-20 gün əvvələ qədər “yaxşı olacaq” deyirdi, vədlər davam edirdi. Sonradan bacarmadı”.
C.Süleymanovun sözlərinə görə, “Xarıbülbül Laçın”nın əksəriyyəti azərbaycanlılardan ibarətdir. “Şuşa” komandasında isə Kanada, Avtraliya, Yaponiya, Serbiya, Rusiya və ABŞ-dən oyunçularımız var. Legionerlərimiz çoxdur.
“Siz onların fikirlərini eşitsəniz elə bilərsiniz ki, azərbaycanlıdır, Şuşada, Laçında doğulub.
3 aydır komanda maaş almır. Hətta azərbaycanlılar belə olsa, oyuna çıxmayacaqdılar. Məsələ gərginləşəndə biz federasiyaya müraciət etdik. Sağ olsunlar, komandanın bir aylıq maaşını verdilər.
Hacı Nuran istəmədən federasiyanın bizi maliyyələşdirməsinə mane oldu. O artıq prezidentlikdən kənarlaşdırılıb. Çünki komanda üçün nəsə etməyib. İnsan kimi heç vaxt cüzi də olsa, problemimiz olmayıb. Sadəcə, gördüyü işlər bizi uçuruma gətirib çıxardı.
Komandanın üzvləri hər gün bir xəbər gözləyirlər. Biz də eyni ümidlə gözləyirik. Elə bil, qurbağa gölünə daş atılıb. 10 gündən çoxdur, KİV-də məlumat gedir, amma heç bir reaksiya yoxdur”.