Məşhur seysmoloqdan ağlayaraq xəbərdarlıq: 18 vilayətdə zəlzələ…
3 il əvvəl 6 fevral Kahramanmaraş zəlzələləri ilə bağlı etdiyi xəbərdarlıqlarla tanınan tükiyəli seysmoloq Naci Görür qonaq olduğu verlişdə 18 vilayət üçün xəbərdarlıq edib.
Tacxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, o, 6 fevral zəlzələsini xatırlayaraq göz yaşlarına hakim ola bilməyib.
“Fay xəttində yaşayan bu vilayətlərin taleyi təəssüf ki, Maraş və Hatay kimidir. Bu fay xətləri 7 bal üzərində zəlzələ yaratmaq gücündədir”.
Xatırladaq ki, ötən gün Mərmərə dənizinin Gəmlik körfəzində 3 dəqiqə ara ilə baş verən 5,1 və 4,5 bal gücündə iki zəlzələ baş verib.
Fevralın 6-sı isə ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Hadisə nəticəsində 50 783 nəfər həlak olub.
Naci Görür diqqət çəkdiyi 18 vilayəti belə sıraladı:
Eskişehir
Denizli
Muğla
Erzincan
Kayseri
Tokat
Kahramanmaraş
Hatay
Kocaeli
Osmaniye
Bingöl
Konya
Erzurum
Aydın
Balıkesir
Burdur
Manisa
Hakkari