• 24 Noyabr 2024 02:05

“NATO Ukraynadan “pis xəbərlərə” hazır olmalıdır” – Stoltenberq

“Putinin qələbəsi təkcə Ukrayna deyil, həm də digər müttəfiqləri üçün də faciə olardı…”

“Ukraynaya nə qədər çox dəstək versək, müharibə bir o qədər tez bitəcək…”

NATO Ukrayna cəbhəsindən pis xəbərlərə hazır olmalıdır, çünki müharibə hələ də davam edir.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın ARD teleşirkətinə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, “müharibələr mərhələ-mərhələ inkişaf edir. İndiki müharibə tükəndirmə müharibəsi, səmərəlilik uğrunda döyüş, logistika uğrunda döyüşdür”, – o, bəyan edib.

“Biz Ukraynaya həm yaxşı, həm də pis zamanlarda dəstək verməliyik. Biz həmçinin pis xəbərlərə də hazır olmalıyıq”, – NATO-nun baş katibi qeyd edib, bu zaman nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Nəşrin yazdığına görə, baş katibin bəyanatı Qərb müttəfiqlərinin Ukraynaya döyüş sursatları və maliyyə yardımı ilə bağlı debatları və Kremlin qoşunlarının sayının artırılması fonunda səsləndirilib.

Cəbhə xəttinin dəyişməz qaldığına rəğmən, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasına qanadlı raketlər tətbiq edib və Rusiya ərazisinin dərinliklərinə ziyan vurub.

“Bunlar cəbhə xəttini yerindən tərpətməsə də, böyük qələbələrdir”, – Stoltenberq deyib.

O, NATO üzvlərinə döyüş sursatları istehsalına başlamağa çağırış edib, bu zaman Avropa müdafiə sənayesinin dağınıq olmasından gileylənib.

“Biz lazımınca sıx işləyə bilmirik”, – o, deyib və hökumətlərə öz milli maraqlarının çərçivələrindən kənara çıxmağa və ümumi mənzərəni görməyə çağırış edib.

Stoltenberqin sözlərinə görə, Putinin qələbəsi təkcə Ukrayna deyil, həm də digər müttəfiqləri üçün təhlükə törədəcək. “Ukraynaya nə qədər çox dəstək versək, müharibə bir o qədər tez bitəcək”, – baş katib vurğulayıb.

Stoltenberq və Ukraynada müharibə

NATO-nun baş katibi noyabrın 29-da bəyan edib ki, Ukraynada ölən və yaralanan rusiyalı hərbçilərin sayı 300 mini keçib.

Onun sözlərinə görə, Rusiya həmçinin yüzlərlə təyyarə və minlərlə tankını itirib. Stoltenberq bəyan edib ki, Putinin itkilərə dözüm həddi yüksəkdir və bununla bağlı ciddi xəbərdarlıq edib. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər