• 24 Noyabr 2024 04:25

Rusiyada havanın temperaturu mənfi 56 dərəcəyə düşdü – FOTOLAR

 

Rusiyanın Sibir bölgəsində yerləşən Yakutiyada temperatur mənfi 56 dərəcəyədək düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  Rusiya Milli Meteorologiya Xidməti məlumat yayıb:

“Dekabrın ilk həftəsində Rusiyanın Avropa hissəsində, Ural və Sibir bölgələrində şaxtanın artacağı gözlənilir”.

Bildirilib ki, Moskvada qarın qalınlığı 35 santimetrə çatıb. Hətta Moskvanın bəzi hava limanlarında uçuşlar təxirə salınıb.

Vurğulanıb ki, bu həftə Moskva və ətraf bölgələrdə havanın temperaturunun təxminən mənfi 20 dərəcəyə düşəcəyi təxmin edilir.


 

Oxşar xəbərlər