• 23 Noyabr 2024 03:42

UEFA “Olimpiya” klubunun “Qarabağ”a qarşı şikayətini rədd etdi .

UEFA Sloveniyanın “Olimpiya” klubunun “Qarabağ”a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

Təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lyublyanadakı qarşılaşmada “Olimpiya” meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “köhlən atlar” turnirin qrup mərhələsinə yüksəlib.

Tacxeber.com

Oxşar xəbərlər