• 23 Noyabr 2024 11:07

Bakıda 1 milyondan çox borcunu ödəyib, “Jaguar”ını girovdan çıxaran şəxs “Hafka”dır?

Bakıda 1 milyon manatdan çox borcunu ödəyən şəxsin bazar dəyəri yarım milyon manatdan çox olan avtomobilinin üzərində qoyulan həbs götürülüb. 

Qaynarinfo-nun məlumatına görə, borclu şəxs 698.000 ABŞ dolları borcu və 30 manat dövlət rüsumunu ödəyib. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Jaguar” markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülüb.

Redaksiyamıza daxil olan məlumatda sözügedən avtomobilin “Hafka” ləqəbli tanınmış iş adamı Hafiz Məmmədovun oğlanlarının birinə məxsus olduğu iddia edilir. Onun Azərbaycan Beynəlxalq Bankına və Dövlət Vergi Xidmətinə külli miqdarda borcu olub.

İş adamı ötən il Dövlət Vergi Xidmətinə yaranmış borcunu ödəmədiyi üçün həbs edilmişdi. Qısa zamanda borcun 600 min manatını ödəyən “Hafka” ev dustağlığına buraxılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər