“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.
Tacxeber.com xəbər verir ki, bu barədə TƏBİB-dən AZƏRTAC-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, hazırda müalicə alan uşaqların vəziyyəti stabildir.
***
“Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir”.
Tacxeber.com xəbər verir ki, bunu Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
“Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır. Əlavə olaraq daha iki dayəyə ehtiyacımız var”, – o bildirib.
Birliyin sədri dəstəyə ehtiyaclarının olduğunu söyləyib.