Azərbaycan ərazisində bu gün zəlzələ qeydə alınıb. Məlumatlara görə, 5,6 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Tacxeber.com xəbər verir ki, hadisəyə yerli şou-biznes nümayəndələri də səssiz qalmayıblar.
Prodüser, aparıcı Tarix Əliyev:
“Mən də zəlzələyə görə yuxudan oyandım”.
Müğənni Nadir Qafarzadə:
“Daş kimi yatmışam, heç nə də hiss etməmişəm. Bir çoxları düz yola gəlməyincə, çirkin əməllərdən əl çəkməyincə bizi hələ çox şeylər gözləyir! Allah böyükdür və hər şeyi görür. Bir çoxları yollarını azıblar”.