• 23 Noyabr 2024 07:21

AFFA prezidenti olmaq istəyən Elxan Məmmədov mətbuatı ələ alır – Böyük büdcə ayırdı

AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun ölkənin ali futbol qurumunun prezidenti olmaq eşqi gündən-günə alovlanır.

Tacxeber.com xəbər verir ki, pressing.az-ın əldə etdiyi məlumata görə, hazırda FIFA-da çalışan funksioner geniş hərəkətə keçib. Tez-tez Bakıya səfər edən Məmmədov bəzi şəxslərlə görüşüb və geniş planlar cızılıb.

Onun yaxın ətrafındakı şəxslərdən biri yeni idman saytnını açılmasını və burada böyük PR aparılmasını təklif edib.

Həmin məsələ öncə razılaşdırılsa da, mediada bir neçə şəxsin duyuq düşməsindən ehtiyatlanaraq, PR qüvvələri geri addım atıblar.

Ancaq bəzi idman saytları ilə əməkdaşlıq razılaşdırılmaq üzrədir və mütəmadi olaraq Elxan Məmmədovun FIFA-dakı fəaliyyəti PR ediləcək, ölkə futbolunun digər bacarıqlı kadrları isə tənqid atəşinə tutulacaqlar. Bunun üçün PR edəcək şəxslərə olduqca böyük büdcə ayrılıb.

Gələn ilin martında AFFA-da prezident seçkisi keçiriləcək. Hələ ki namizədlər bəlli deyil.

Tacxeber.com

Oxşar xəbərlər