Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib – Təhsil ekspertindən İDDİA
Azərbaycanda saxta diplomlu vəzifəli şəxslərin mövcudluğu hətta rəsmi qurumlar tərəfindən belə etiraf olunan faktdır. Problem təhsil müəssisələrində daha aktual olsa da, həmin müəllimləri hələ də təhsil sistemindən tam uzaqlaşdırmaq mümkün olmayıb.
Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ən çox saxta diplom Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilib. Onun sözləriə görə, bu ali təhsil müəssisəsindən verildiyi güman edilən saxta diplomların sayı 600-dən çoxdur:
“Ədalət naminə demək lazımdır ki, saxta diplomların aşkarlanması, bu kimi halların qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər var. 5-10 il öncəki durumla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Xatırlayırsınızsa, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) sədri Məleykə Abbaszadə məsələ ilə bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın (DİM) “qara baza”sına düşdüyünü və həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi”.
Ekspertin sözlərinə görə, saxta diplomların artması əsasən köçürmələr hesabına olur. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa köçürülürlər: