“Strateji dönüş”: Hindistan Putinin Yaxın Şərqə səfərindən heyrətə gəlib
“Qərbdə Kiyevə yardım məsələsində parçalanma genişlənir, bütün nəzərlər Yaxın Şərqə yönəlib…”
“Yaxın həftə və aylar Ukrayna münaqişəsinin müəyyən edilməsi və Putinin üstünlüyünün döyüş meydanında konkret nəticələr verəcəyində həlledici olacaq…”
Putinin Yaxın Şərqə səfəri Rusiyanın dünya meydanında inamını nümayiş etdirir.
Bu barədə “Times of İndia” nəşri yazıb.
Bu addım həmçinin Ukrayna münaqişəsində strateji dönüşü təcəssüm etdirir. Qərbdə Kiyevə yardım məsələsində parçalanma genişlənir, bütün nəzərlər isə Yaxın Şərq regionuna yönəlib.
Dörd rus qırıcısının müşayiətilə Putin dekabrın 6-da Yaxın Şərqə səfərə gəlib, səfər çərçivəsində neft, Qəzza bölgəsi və Ukrayna mövzularını Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla müzakirə edib.
Bu səfər Ukrayna münaqişəsində və dünya geosiyasətində dəyişən vəziyyəti göstərir, bu da Putinə yenilənmiş əminlik hissini nümayiş etdirməyə imkan verir.
Putinin Yaxın Şərq turnesi Qərbdə Ukraynaya dəstəklə bağlı ixtilafların əlamətləri üzə çıxan məqamda baş verir.
Eyni zamanda Rusiyanın daxilində enerjidaşıyıcılarından gəlirlərin artması və müxalifətin ram edilməsi nəzərə çarpır.
Bu meyllər və ABŞ-da Ukraynaya yardım məsələsində mübahisəli siyasi vəziyyət davam edən münaqişə və onun qlobal nəticələri ətrafında mürəkkəb mənzərə yaradır.