• 23 Noyabr 2024 18:43

Azərbaycanda torpağı olan şəxslərin diqqətinə – Pul ala biləcəklər

 

Torpaq payı olan vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qanuna işsizlikdən sığorta ödənişinin ödənilməsi üçün əsas olan əmək müqaviləsinə xitam verilməsinin əsasları əlavə edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Tacxeber.com

Oxşar xəbərlər