İstanbulun Təkirdağ rayonu və Qaziantepdə eyni vaxtda həyata keçirilən “Qəfəs-17” əməliyyatı çərçivəsində narkotik maddələrin istehsalı və ticarəti ilə məşğul olan, “Şotland dəstəsi” kimi tanınan mütəşəkkil cinayət qrup ələ keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
O bildirib ki, əməliyyat nəticəsində cinayətkar qrupun lideri də başda olmaqla 38 nəfər şübhəli şəxs qismindən saxlanılıb. Onlardan 8-i isə həbs edilib.
Ə.Yerlikaya qeyd edib ki, cinayətkar qrupu təqribən 200-250 milyon lirə dəyərində olan bütün mal varlığına həbs qoyulub. (Axar)