• 23 Noyabr 2024 21:25

Ukraynalıların 70 faizi Zelenskini korrupsioner hesab edir

Ukraynalıların 70 faizi Zelenskini korrupsioner hesab edir

Vaşinqton və Kiyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasındakı fikir ayrılıqlarına dair fikir mübadiləsi aparıb. 

Tacxeber.com xəbər verir ki. bu barədə “Messenger” portalı Kiyevdəki mənbələrinə istinadən məlumat yayıb.

“Görüşlər zamanı Zelenski ilə bir neçə ukraynalı general, o cümlədən Zalujnı arasında münasibətlərin pisləşməsi ilə bağlı suallar qaldırılıb. Onlar bu gərginliyin Rusiya ilə münaqişənin gedişatına necə təsir edə biləcəyini müzakirə ediblər”, – deyə portalın açıqlamasında bildirilir.

Portalın məlumatına görə, ABŞ nümayəndələri hesab edirlər ki, münaqişə kontekstində Ukraynada siyasətçilər arasında münasibətlərdə gərginlik qeyri-adi deyil. Hazırda Zelenski ilə Zalujnı arasındakı ziddiyyətlər hələlik kritik həddə çatmayıb.

“The Economist” jurnalının məlumatına görə isi ukraynalıların 70%-dən çoxu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanını dəstəkləyir və Zelenski onların gözündə korrupsioner diktatora çevrilib.

Qərb ekspertləri isə hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə prezident arasında ziddiyyətlər Ukrayna üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər