• 22 Noyabr 2024 18:58

Zob düyünlərini kiçildən unikal qida – ŞÜYÜD MÜALİCƏSİ

 

Qalxanabənzər vəzi xəstəlikləri cəmiyyətdə ən çox rast gəlinən xəstəliklər sırasındadır. Ümumi sağlamlığa təsir edən bu xəstəliyin daşıyıcısı olan insanlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər.

Bununla bağlı türkiyəli professor rof. Dr. İbrahim Saraçoğlu məlumat verib.
O, şüyüdün qalxanabənzər vəzi xəstəliyinin müalicəsi üçün effektiv olduğunu bildirib.
“Şüyüd müalicəsi tiroid hormonlarını balanslaşdırır və sağlam işləməsini kömək edir. Bundan əlavə, şüyüd müalicəsi düyünlərin kiçilməsində və ya tamamilə yox olmasında təsirlidir. Bir neçə mm ölçüdə olan düyünləri tamamilə məhv edə bilər, sm səviyyəsində düyünlərin kiçildir. Şüyüd müalicəsi ilə yanaşı, qalxanabənzər vəzin düyünlərinə qarşı başqa bitki mənşəli müalicələr də var”,-deyə həkim bildirib.
Onun sözlərinə görə, bu müalicəni 3 ay ərzində tətbiq etmək lazımdır. Səhər, günorta və axşam acqarına, yeməkdən 15 dəqiqə əvvəl 1 xörək qaşığı təzə yaşıl şüyüd bir neçə dəfə çeynəyib, 2-3 qurtum su ilə udulur. Bunu 3 ay fasiləsiz davam etdirməlisiniz. Şüyüd müalicəsinin ikinci ayından sonra tiroid hormonlarını vaxtaşırı yoxlatdırmaq lazımdır. Çünki istifadə etdiyiniz dərmanların dozasını azaltmağa ehtiyac yarana bilər.

Tacxeber.com

Oxşar xəbərlər