Argentinalı hakim Remihio Armoa matç zamanı futbolçunu bıçaqlayıb.
“Goal.com” xəbər verir ki, Misiones əyalətində gənclər arasında keçirilən matçda futbolçular hakimi mühasirəyə alıb və dava düşüb. Armoa bıçaqla futbolçulardan birinin sinəsinə vurub.
Komanda yoldaşları huşunu itirən oyunçunu meydandan çıxararaq xəstəxanaya aparıblar. Hazırda futbolçunun müalicə aldığı bildirilir.
Yerli polis hadisə yerindən qaçmaq istəyən hakimi saxlayıb. (Qol)