Amerikalı sahibkar və milyarder İlon Mask Ukrayna prezidenti Zelenskiyə müraciət edib.
Tacxeber.com xəbər veririk, Mask Zelenskidən ABŞ vətəndaşı Qonsalo Liranın niyə həbs olunduğunu izah etməyi tələb edib. O, bu barədə “X” sosial şəbəkəsində yazıb.
İş adamı Liranın Ukrayna liderini tənqid etdiyinə görə iyul ayından Kiyevdə həbsdə olması ilə bağlı məlumatlara münasibət bildirib.
“Bir amerikalı Ukrayna həbsxanasındadır. Biz onlara yüz milyard dollardan çox pul göndərdikdən sonra? Bəlkə bu, təkcə Zelenskinin tənqidi ilə bağlı deyil? Əgər hər şey belədirsə, deməli, bizim böyük problemlərimiz var”.
Liranın həbsi barədə daha əvvəl jurnalist Taker Karlson məlumat vermişdi. Onun sözlərinə görə, ABŞ vətəndaşı Dövlət Departamentinin razılığı və medianın susqunluğu fonunda həbsxanada işgəncələrə məruz qalır.
O, Zelenskini Amerika xalqına bu məsələ ilə bağlı məlumat verməyə çağırıb.
Aprel ayında Çili Xarici İşlər Nazirliyi də Xarkovda Kiyevi tənqid edən xarici jurnalist Qonzalo Liranın itkin düşdüyünü elan edib. Qonsalo çilili olmaqla yanaşı, onun ABŞ pasportu da var.