• 23 Noyabr 2024 16:03

“Tramp Ağ evə dönərsə, ABŞ-ı NATO-dan çıxara və Alyansı dağıda bilər- “The New York Times”

“ABŞ-ın bütün prezidentləri NATO-ya Amerikanın dünya meydanında gücünün və təsirinin artması vasitəsi kimi baxıb…”

“Tramp hesab edir ki, Şimali Atlantika Alyansı avropalıların Amerika resurslarını çəkdiyi qara oyuqdur…”

“Trampın Ağ evə potensial dönüşü xarici siyasətdə böhrana təhrik edə bilər…”

Hazırda Trampın Amerikaya yenidən rəhbərlik edəcəyi şansları kifayət qədər yüksəkdir

Avropa ölkələri hökumətləri Donald Trampın Ağ evə dönəcəyi təqdirdə təkcə Ukraynaya yardımı birdəfəlik dayandıracağından deyil, həm də süurlu surətdə NATO-nu dağıdacağından ciddi şəkildə narahatdır.

B barədə Avropanın bir sıra diplomatları və vəzifəli şəxsləri anonimlik şərtilə “The New York Times” nəşrinə danışıb.

Nəşr qeyd edir ki, Şimali Atlantika alyansının mövcud olduğu bütün zamanlarda ABŞ-ın həm “respublikaçı”, həm də “demokrat” prezidentləri bu təşkilata Amerikanın dünya meydanında gücünün və təsirinin artması vasitəsi kimi baxıb.

Lakin Donald Tramp aydın şəkidə anladıb ki, NATO-ya avropalıların Amerika resurslarını çəkdiyi “qara oyuq” kimi baxır. Tramp iyirmi ildən artıqdır ki, bu fikirdədir.

Artıq prezident olandan sonra o, dəfələrlə Avropanı müdafiə xərclərini artırmayacağı halda ABŞ-ın Alyansdan çıxacağı ilə təhdid edib. Hazırda vüsət alan yeni seçkiqabağı kampaniyasında Tramp hələlik öz niyyətləri barədə az danışır. Lakin onun rəsmi seçkiqabağı veb-saytında belə təklif yer alıb:

“Biz mənim administrasiyam zamanı başladığımız prosesi NATO-nun məqsədi və missiyasını əsaslı şəkildə yenidən dəyərləndirməklə başa çatdırmalıyıq”.

Bu zaman Trampın özü də, onun silahdaşları da bu fikrin konkret məzmununu açıqlamaqdan imtina edir. ABŞ-ın Avropa müttəfiqləri bu vəziyyətdən narahatdır.

Nəşr iddia edir ki, Avropa səfirləri və analitik mərkəzlərin nümayəndələri Trampın silahdaşlarını ziyarət edərək onun niyyətlərini öyrənmək istəyib. Mənbələr iddia edir ki, hər halda bir xarici diplomat, Finlandiya səfiri Mikko Hautala Trampla birbaşa təmasda olub və onunla NATO mövzusunu müzakirə edib.

Avropada Trampın dönüşünün təkcə Ukraynadan imtina etməsi deyil, həm də Amerikanın Avropa qitəsindən daha da geriyə çəkilməsi və Şimali Atlantika alyansının dağılması demək olacağından həyəcan hökm sürməkdədir.

“Avropada Trampın ikinci prezidentlik dönəminin faktiki olaraq Birləşmiş Ştatların NATO-dan çıxmasına gətirib çıxaracağı ilə bağlı qorxu mövcuddur. Bu, millətimiz tərəfindən böyük strateji və tarixi iflas ola bilər”, – bunu NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin sabiq komandanı, istefada olan amerikalı general Ceyms Stavridis deyib.

İndiki və sabiq diplomatlarla müsahibələr göstərir ki, Avropa məmurları Trampın əvvəlkitək qılığına girməkdən savayı onunla necə davranmağı bilmir.

Gözlənilir ki, Rusiyanın hücumundan daha çox əndişələnən nisbətən kiçik ölkələr Trampın rəğbətini qazanmaq üçün Amerika silahına sifarişləri artırmağa və ya onun prezidentliyi dönəmində Polşanın etdiyi kimi hərbi bazanı amerikalıların orada daimi mövcudluğu müqabillində “Fort Tramp” adlandırmaqla tərifləməyə cəhd edir.

 

Nəşr qeyd edir ki, seçkiqabağı kampaniyanın indiki mərhələsində Tramp özünə qarşı qaldırılan cinayət işlərinə və ilkin seçkilərdə respublikaçı rəqibləri üzərində qələbəyə köklənib. Ona görə də o, hətta özəl söhbətlərdə də NATO haqqında az danışır.

“Vüsət alan şübhələr fonunda bunu demək olar ki, cənab Trampın 2025-ci ildə Ağ evə potensial dönüşü xarici siyasətdə böhrana təhrik edə biləcək birinci sfera Ukrayna və onu Rusiyanın hərbi müdaxiləsindən müdafiə edən Qərb demokratiyaları alyansıdır”, – nəşr yazıb.

NATO baş katibinin sabiq köməkçisi Kamilla Qrand belə fikir ifadə edib ki, Avropa Trampın Ağ evə dönüşündən sonra Ukrayna ilə bağlı davranışından nəticə çıxaracaq. Yeri gəlmişkən, belə fikirlər də var ki, Tramp avropalıları öz müdafiələrinə daha çox vəsait qoymağa vadar etmək üçün blef edir.

“O, bunu etmək niyyətində deyil. Lakin onun etdikləri insanları daha çox ödəməyə vadar edəcək və düşünürəm ki, bu, bir çoxlarl üçün xoş xəbər olacaq”, – respublikaçı senator Lindsi Qrem buna əmindir.

Bu fikri həm də Trampın prezidentliyi dönəmində milli təhlükəsizlik üzrə sonuncu müşaviri Robert O’Brayen ifadə edib.

2018-2019-cu illərdə bu postda olan mühafizəkar “quzğun” Con Bolton öz xatirələrində yazıb ki, Trampı dəfələrlə NATO-dan çıxmaq fikrindən döndərməli olub. Bolton müsahibəsində deyib ki, ikinci prezidentliyi dönəmində Trampın Birləşmiş Ştatları NATO-dan çıxaracağına “mənim heç bir şübhəm yoxdur”.

Hüquqi nöqteyi-nəzərdən Trampın bunu birtərəfli qaydada etməsi mübahisəli olacaq. Konstitusiya Senatın müqavilənin təsdiqi üçün razılığını tələb edir, lakin onun ləğv edilməsini nəzərdə tutmur.

Bu, prezidentlərin bunu müstəqil şəkildə edəcəyi və ya qanunvericilərin icazəsi lazım olacağı barədə debatlara səbəb olub. Bu məsələ ilə bağlı yalnız bir neçə məhkəmə presedentləri var, onlardan heç biri sonadək həll edilməyib.

Yeri gəlmişkən, Avropa diplomatları deyir ki, Trampın ABŞ-ı NATO-dan çıxarmaqla bağlı uğursuz cəhdi Alyansa Avropanın təhlükəsizlik qarantı kimi etibarlılığını o qədər sarsıda bilər ki, o, Rusiya üçün çəkindirici amil kimi olmaya bilər.

Tramp və NATO

Oktyabr ayında seçkiqabağı mitinqlərin birində Donald Tramp öz tərəfdaşları qarşısında özünün prezidentliyi müddətində Avropa liderlərini Rusiyanın hücum edəcəyi təqdirdə müttəfiqlərini qorumaqdan imtina edəcəyi ilə şantaj etməsilə öyünüb.

Bu, NATO-nun maliyyələşdirilməsi kontekstində deyilib. Tramp qeyd edib ki, Alyansın üzv ölkələrinin əksəriyyəti təşkilata həddən artıq az vəsait yatırır və bütövlükdə öz müdafiə ehtiyaclarına az xərcləyir, Avropanın əsas müdafiə yükünü ABŞ-ın üzərinə qoyur. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər