Türkiyənin şimalındakı Ağlı bölgəsində ayılar qış yuxusuna gedə bilməyiblər və düzgün qidalanmadıqları üçün təzə basdırılmış məzarları qazmağa başlayıblar .
Tacxeber.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Qeyd edilib ki, 2014-cü ildə də Kastamonun Ağlı və Kyure rayonlarında ayı qəbirdən cəsəd oğurlayıb. 2017-ci ildə Seydiler rayonunda ayıların qəbirlərdən meyitlər qazması böyük panikaya səbəb olub.
Yerli sakinlər qəbirləri tikanlı məftillərlə bükərək, əhənglə örtməklə heyvanların qarşısını almağa çalışırlar.
Bərəkətli kəndi və ətraf kəndlərdə ayılar 7 qəbir açmağa cəhd ediblər. Kənd sakinlərinin diqqəti sayəsində onlar ərazidən çıxarılıb, qazılmış qəbirlər lazımi vəziyyətə gətirilib.
Kənd sakinləri ayı hücumlarının tezliyindən qorxduqlarını bildiriblər.