• 24 Noyabr 2024 12:02

Albalı şirəsi və bal – Qan artırır, qaraciyərə faydalıdır

 

Albalı yeni qan əmələ gətirir, bağırsaqları həm təmizləyir, həm də yumşaldır, bağırsaq mikroflorası üçün çox faydalı olduğundan cavanlaşdırıcı bir giləmeyvə kimi tanınır. Tərkibində zəngin dəmir vardır, bununla da hemoqlobin azlığında faydalıdır.

Bu məqsədlə təzə albalının şirəsini çəkib, hər stəkana 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Bədəndə endorfin səviyyəsini çoxaldır, bununla da həm təbii ağrıkəsici rolunu oynayır, həm də yeyəndən sonra insanın yaşamaq həvəsini artırır (xoşbəxtlik hormonlarını çoxaldır). Vişnədən şəkər xəstəliyindən əziyyət çəkənlər də bol-bol istifadə edə bilərlər. Tərkibindəki çox miqdarda olan A və C vitamini dəri xəstəliklərində, diş dibi qanamalarında, göz zəifliyində, dəri kəpəklənməsində faydalıdır. Yüksək xolesterin və damardaxili tromblaşmada çox faydalıdır, infarkt keçirmiş insanlar və aterosklerozlu insanlar üçün çox xeyirlidir. Vişnədən kök insanların da istifadə etməsi məsləhətlidir, belə ki, həm toksinin artmasında, həm də arıqladıcı kimi faydalıdır. Zəngin mineral və vitamin tərkibinə görə immuniteti artırır, babasil xəstəliyində faydalıdır, belə ki, bağırsaqları yumuşaldır və iltihabı qaldırır. Vişnənin yuxusuzluqdan əziyyət çəkənlər də istifadə edə bilər. Vişnə böyüməkdə olan uşaqlar üçün olduqca faydalı bir qidadır. Xatırladım ki, vişnə beynin qanla təchizatını artırır, beyin qan dövranını yaxşılaşdırır, skleroz və alzheimer  xəstələrinin həm müalicəsində, həm də profilaktikasında istifadə olunur, yaddaşı və diqqəti gücləndirir. Tez-tez ürəkdöyünmələrdən əziyyət çəkənlər üçün də faydalıdır.

Tacxeber.com

Oxşar xəbərlər