İnsan bu 5 orqanını da itirsə, uzun yaşaya bilər – Çin alimlərinin yeni KƏŞFİ
Son illər dünyaya meydan oxuyan Çin sənayesi iqtisadi sahədə liderdir və öz üstünlüklərini diqtə edir. Çin indi də dünya səhiyyə sisteminə yenilik gətirmək niyyətindədir. Çinli alimlər yeni ideya irəli sürüblər və hesab edirlər ki, insan tibb elminə məlum olanlardan əlavə daha 5 orqanını itirsə, yaşaya bilər. Çinlilərin bu araşdırması beynəlxalq aləmdə birmənalı qarşılanmayıb və dünyanın adlı-sanlı həkimləri həmkarlarının fikirlərinə dərhal reaksiya veriblər.
Bəs Çin alimləri hansı orqanları nəzərdə tuturlar? Alimlər sübut ediblər ki, insan eyni zamanda öd kisəsini, ağciyərin bir hissəsini və böyrəyinin birini itirsə, yaşaya bilər. Çin alimləri isə siyahıya daha bir neçə orqan adı daxil ediblər. Bunlardan biri faringeal badamcıqlarıdır. Bu, müstəqil bir orqandır. Dünyada milyonlarla insan onlarsız sakit yaşayır. Milyonlarla insanın dalağı çıxarılıb və dalaqsız da sakit yaşamaq mümkündür. Qadınlarda döşün, kişilərdə isə prostatın çıxarılması halları müşahidə olunur. Tibb elminin təsdiq etdiyi bu siyahıdan Çin alimlərinin də xəbəri var və onların ideyası yeni deyil.
Mütəxəssislər hesab edir ki, belə hallarda ilkin mənbəni – elmi məqalənin özünü oxumaq lazımdır. Yalnız ondan sonra Çin alimlərinin nəyi təklif etdikləri məlum olacaq. Bu fikirlər Çində kimya elminin bütün sahələri üzrə yüksək keyfiyyətli tədqiqatlar, rəylər və şərhlər verən bir jurnalda dərc olunub. Bu isə o deməkdir ki, Çin alimlərinin belə bir məqaləsini axtarmaq əbəsdir və qeyri-ciddi söhbətdir.
Dünya tibb elminə insanın onsuz yaşaya biləcəyi orqanlar məlumdursa, Çin alimlərinin yeni tapıtıları nəylə bağlıdır? İnsanın onsuz yaşaya bilməyəcəyi 5 həyati orqan isə ürək, beyin, ağciyərlər, böyrəklər və qaraciyərdir. Dərini itirmək də ölümlə nəticələnir. Əvvəllər mədəaltı vəzin çıxarılması da ölümcül sayılırdı. Ancaq indi onsuz yaşamaq mümkündür. Yeni bir orqanın – mikrobiomun statusu hələ də müzakirə olunur. Bu, bağırsaqlarda yaşayan bütün mikroorqanizmlərin məcmusudur. Onsuz da yaşamaq mümkün deyil, lakin elm adamları onun müstəqil orqan kimi qəbul edilməsi ilə razılaşmırlar.
Bütün bunlardan belə nəticə çıxır ki, digər insan orqanları həyati əhəmiyyət kəsb etmir və bu o deməkdir ki, insan onlarsız yaşaya bilər. Yeri gəlmişkən, bir ağciyər və ya bir böyrək olmadığı kimi, bu orqanlar da Çin alimlərinin siyahısına daxildir. Onların itkisi ölümcül deyil, lakin insanın sağlamlığını məhdudlaşdırır.
Bəs reallıqda onlarsız yaşaya biləcəyimiz neçə orqan var? Qəribədir ki, bu sualın tam dəqiq cavabı yoxdur. Əksər mütəxəssislər insanda 79 orqanın olduğunu iddia edirlər. Bəziləri isə orqanların sayının 103 olduğunu deyir. Ona görə də bu rəqəmdən həyati vacib və üç əsas orqanı (ürək, beyin və qaraciyər) çıxsaq, cavab 76 və ya 100 olacaq. Çin alimlərinin tapdığı 5 orqan haqqında isə heç bir məlumat verilmir. (Konkret)