• 24 Noyabr 2024 07:30

Limfa vəziləri niyə şişir? – Boğazgəlmə üçün effektiv resept

 

 

Limfa vəziləri, əsasən oynaq nahiyyələrində yerləşir və bədənimizi müxtəlif viruslardan, mikroblardan, şiş hüceyrələrindən və sairələrdən qoruyur.

Əgər limfa vəzisi şişibsə deməli, həmin vəziyə yaxın yerlərdə bir problem (yəni iltihablanma) var, limfa vəziləri boş-boşuna şişmir. Normalda limfa vəziləri 1-1,5 sm aralıqdan artıq şişibsə, bu vəzin şişməsi artıq baş vermişdir. Çox hallarda adi soyuqlama nəticəsində vəzilərdə şişmələr olur, sonra yenə əvvəlki vəziyyətə qayıdırlar.

Çox hallarda limfa vəzilərinin şişmiş yerinə görə müalicə etmək olur, məsələn çənəaltı nahiyyədə vəz şişibsə bu ağız boşluğundan və boğazgəlmələrdən ola bilir. Onda ağız boşluğu və boğaz iç tərəfdən gündə 3 dəfə 30 qram propolis, 200 qram bal və 2 xörək qaşığı ud hindi qarışımlı məcunla gündə 3 dəfə silinməlidir. Ağızda və boğazda iltihablanma keçən kimi limfa vəziləri də kiçiləcəkdir. Qoltuqaltı vəzilər şişibsə ağciyərləri yoxlatdırın.  Bəzi adamlarda limfa vəziləri daha tez-tez şişir ki, deməli, belə insanların immun sistemləri zəifdir, immuniteti yüksəltmək lazımdır.

İmmunitet üçün:

Zəncəfil  –  40  qram

Qarazirə  –  40  qram

Ud hindi  –  40 qram

Güldəfnə (hilba)   – 40 qram

Jenşen   –   40 qram

Propolis  —  50 qram

Bal  –  1kq

Bitkilərin hamısı quru olmalı qəhvəüyüdəndə üyüdüb toz formasına salınmalı, propolisi 1 gün soyuducunun buzxanasında saxlayıb sonra sürtkəçdən keçirib hamısını bir birinə qarışdırıb gündə 3 dəfə yeməkdən 30 dəq  əvvəl 1 çay qaşığı yemək lazımdır.

Bəzən limfa damarlarında durğunluqlar əmələ gəldikdə o zaman damarlarda da şişmələr, qalınlaşmalar əmələ gəlir. (Məsələn kürəkdə qulunc olması)  Belə hallarda limfa damarlarını güclü təzyiqlə masaj etmək olmaz. Yaxşı olar ki, 1-2 çay qaşığı pul bibəri 100 qram zeytun yağına qarışdırıb yavaş-yavaş masajla başlayıb, sonra dərin masaj olunsun. Əl altında dərinin tam boşalması və qızarması hiss olunmalıdır, bu zaman damarlardakı durğunluq keçir və damarlar işləməyə başlayır.

Bundan başqa, gündə ən azından səhər ac qarına 1 orta xörək  qaşığı qarazirə yağı içsəniz, bu immuniteti artırmaqla yanaşı bədənin allergenlərə dirənişini də artırar. Sarımsaq limfa vəzilərinin böyüməsi zaman faydalıdır. Zəncəfil, ud hindi, qarazirə, boymadərən, gülümbahar, andız, jenşen, çobanyastığı, biyankökü kimi bitkilər həm immun sistemini gücləndirir, həm də istifadə zamanı limfa vəzilərinin böyüməsinin qarşısını alır. fizulihuseynov

Tacxeber.com

Oxşar xəbərlər