• 22 Sentyabr 2024 18:32

“Navalnı ilə nə baş verir?”: altı gündür ki, vəkilləri onun yanına buraxılmır.

“Bu gün müxalif siyasətçi videoəlaqə ilə məhkəmə iclasına qoşulmayıb, bu, elektrikin kəsilməsi ilə izah edilib…”

“Bütün bunlar Putinin beşinci prezidentlik müddətinə namizədliyini irəli sürməsi fonunda baş verir…”

Bu gün səhər 19 saylı ciddi rejimli koloniyada cəza çəkən rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən videoəlaqə ilə Vladimir vilayətinin Kovrov şəhər  məhkəməsinin planlaşdırılan iclasına qoşulmayıb.

Bu barədə Navalnı komandası “Teleqram-kanal”da məlumat verib. Məlumatı “cursorinfo.co.il” nəşri yayıb.

Məlumatda deyilir ki, Navalnının silahdaşları altıncı gündür ki, onunla nələrin baş verdiyi barədə informasiyaya malik deyil, bu müddət ərzində koloniyada vəkilləri onun yanına buraxılmır.

Koloniya nümayəndələri iddia edir ki, Navalnı videoəlaqəyə ona görə qoşulmur ki, “dekabrın 7-dən elektrik enerjisinin verilməsi təmin edilə bilmir”.

“Sadəcə, bizi ələ salırlar”, – bunu siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

Сəzaların İcrası üzrə Federal Xidmət hələlik şərhlər təqdim etməyib. Vəkillər dekabrın 6-dan koloniyada Navalnının yanına buraxılmır.

Müxalifətçinin silahdaşlarının məlumatına görə, noyabrın sonu-dekabrın əvvəlində kamerada onun halı pisləşib.

“Bunun səbəbini biz bilmirik, lakin onu qidadan məhrum edir, karserdə ventilyasasız saxlayır, gəzintilər vaxtını minimuma endiriblər, bu da aclıqla bağlı bayılmaya bənzəyir. Tam məlumatsızıq. O, haradadır, onunla nə baş verir, o, özünü necə hiss edir?

Və bütün bunlar Putinin beşinci prezidentlik müddətinə namizədliyini irəli sürməsi fonunda baş verir. Yəni, üst-üstə düşmür? Hər şey aydındır”, – bunu “Korrupsiya ilə mübarizə Fondu”nun əməkdaşı Ruslan Şavetdinov qeyd edib.

Bundan öncə məlumat verilib ki, dekabrın 6-da Navalnıdan stomatoloqun qəbulu barədə ərizəsi götürülüb. Səbəb də, guya, ərizədə cinayət əlamətlərinin olması olub.

Dekabrın 1-də bəlli olub ki, Navalnıya qarşı vandalizmlə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Navalnı “ekstremist işi” ilə bağlı məhkum edilib. Əvvəlki hökmlər nəzərə alınmaqla müxalifətçi ciddi rejimli koloniyada 19 il azadlıqdan məhrum edilib və 500 min rubl məbləğində cərimələnib.

Həmçinin onun üç il müddətinə azadlığına məhdudiyyət qoyulub və 10 il müddətində internetdən istifadəsinə qadağan edilib.

Hazırda Navalnı Vladimir vilayətində ciddi rejimli koloniyada saxlanılır.  Sentyabrın sonunda siyasətçi kamera tipli təkadamlıq otağa köçürülüb, belə kamerada koloniyalarda mövcud olan ən ciddi saxlanılma şəraiti mövcuddur. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər