• 23 Noyabr 2024 18:25

Ukrayna zəhərli maddələr alıb, təxribat hazırlayır – Rusiya MN

Ukrayna xüsusi xidmət orqanları zəhərli maddələrdən istifadə etməklə Rusiyaya qarşı təxribat hazırlayır. Bu məqsədlə Almaniyadan kimyəvi maddələr partiyası alınıb.

Tacxeber.com “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov bildirib.

“Bizdə olan məlumata görə, Ukrayna prezidentinin ofisi zəhərli maddələrdən istifadə etməklə anti-Rusiya təxribatı təşkil etmək üçün milli kəşfiyyat xidmətlərinin hərəkətlərini əlaqələndirir. Suriya münaqişəsi təcrübəsini nəzərə alaraq, ehtimal edirik ki, Rusiya Silahlı Qüvvələrinin kimyəvi silahdan istifadə etdiyinə dair BMT strukturlarında və dünya mediasında yeni anti-Rusiya kampaniyasına başlanılacaq”, – deyə Kirillov Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın hərbi-bioloji fəaliyyəti ilə bağlı brifinqində bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Ukrayna təhlükəsizlik xidməti kimyəvi reagentlərin və prekursorların idxalı üzrə ixtisaslaşan Ukraynanın “Realab” şirkətini əməkdaşlığa dəvət edib. General bildirib ki, bu şirkət vasitəsilə 2023-cü ilin oktyabr-noyabr aylarında Amerikanın Honeywell Research Chemicals şirkəti tərəfindən istehsal olunan trietanolamin və azot tərkibli natrium birləşməsinin “kiçik partiyası” Almaniyadan alınıb.

Tacxeber.com

Oxşar xəbərlər