Braziliyada 21 yaşlı futbolçu Caio Henrique de Lima Goncalves “Uniao Jairense” – “Unidos” matçı zamanı ildırım vurması nəticəsində ölüb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Globo Esporte” məlumat yayıb.
Faciə Santo Antonio da Platina şəhərində keçirilən Həvəskarlar Regional Kubokunun ilk tur matçında baş verib.
Bələdiyyənin idman departamentinin direktoru Markos Novelli Ferreyranın sözlərinə görə, gün ərzində əraziyə yağış yağıb. İldırım vurması nəticəsində daha 6 nəfər xəsarət alıb, onların hamısı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yerli xəstəxanaya yerləşdirilib.
“União Jairense” – “Unidos” oyunu insident səbəbindən erkən dayandırılıb.