• 23 Noyabr 2024 01:56

“Amnesty International”: “Azərbaycan hökuməti müstəqil mediaya qarşı təzyiqləri gücləndirir”

“Amnesty International” bu gün (red: dünən) həbs edilən jurnalist Teymur Kerimov həbsi barədə məlumat yayıb.

“Amnesty International”-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze daha bir müstəqil azərbaycanlı jurnalist Teymur Kərimovun bazar ertəsi Bakıda həbs edilməsi və hazırda cinayət təqibi ilə üzləşməsi xəbərinə münasibət bildirib:

“Teymur Kərimovun həbsi Azərbaycanda jurnalistlərə və digər tənqidi fikir sahiblərinə qarşı irəli sürülən saxta ittihamların narahatedici nümunələrindən biridir. Şahid olduğumuz şey müstəqil mediaya qarşı təzyiqlərin güclənməsidir və bu, müstəqil “Abzas Media” və “Kanal 13″ rəhbərliyinin noyabrın sonlarında həbsi ilə başlanıb”.

Nataliya Nozadze deyib ki, indi baş verənlər 2012 və 2015-ci ildə müstəqil media agentliklərinə, azad mətbuata və vətəndaş cəmiyyətinə olan basqıları xatırladır.

“O zaman bu, Azərbaycanda vətəndaş cəmiyyətinin məhv edilməsinə, tənqidi KİV-lərin və QHT-lərin bağlanmasına, həmçinin onlarla hüquq müdafiəçisinin və fəallarının həbsi ilə nəticələnmişdi”.

2023-cü il dekabrın 12-də Azərbaycanın Daxili İşlər Nazirliyi bir gün öncə yoxa çıxan müstəqil “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimovun həbsini təsdiqləyib. Rəsmilərin sözlərinə görə, ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

Noyabr ayından bəri hakimiyyət ən azı altı jurnalisti qondarma ittihamlarla həbs edib. Həbs olunanlar arasında “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, jurnalist Nərgiz Absalamova, direktor müavini Məhəmməd Kekalov, “Kanal 13” internet televiziyasının təsisçisi Əziz Orucov və aparıcısı Rüfət Muradlı var. Daha bir neçə jurnalist dindirilməyə çağırılıb. Onlar təzyiqə məruz qaldıqlarını və öz fəaliyyətlərini davam etdirməmələri barədə hədələndiklərini bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər