• 22 Sentyabr 2024 17:22

“İt hürər, karvan keçər” – Kadırov oğlunun adam döyməsi barədə

“İnanıram ki, Adam Kadırov düzgün iş görüb. Əvvəlcə onun cəzalanacağını düşünürdüm. Ona deyirdim ki, cinayət işi açılır. Deyirlər, 6 ildən 8 ilə qədər həbsdə qalacaqsan. O cavab verdi ki, bu cəzanı şərəf hesab edər. Bəs onu niyə cəzalandırsınlar? Quranı yandıran adamı döydüyünə görə?”

Bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov region sakinləri ilə birbaşa əlaqə zamanı Adam Kadırovun Juraveli döydüyünə görə cəzalandırılması ilə bağlı sualı cavablandırarkən deyib.

Çeçenistan rəhbəri qeyd edib ki, indi sosial şəbəkələrdə oğlunun mükafatlandırılması ilə bağlı şərhləri görür:

“Öz yaşında qəhrəmanlıq göstərib, məncə. Adam müxtəlif mükafatlara layiq görülüb. Mən mükafat verənlərə minnətdaram ki, dinlərinə və dövlətlərinə bu qədər qayğı göstərirlər. İt hürər, karvan keçər”.

Kadırov həmçinin bildirib ki, əgər Juravel səmimi şəkildə İslamı qəbul etsə, onu bağışlamağa hazırdır:

“Mən onun xahişi ilə onunla danışanda sözlərində səmimiyyət görmədim. Onun iblis baxışı var, gözlərinin içinə baxmaq belə xoşagəlməz idi”.

Bundan əvvəl Kadırov oğlu Adəmin Quranı yandırmaqda ittiham olunan Juraveli döydüyünü etiraf edib və onun hərəkətini düzgün adlandırıb.

Qeyd edək ki, oktyabrın sonundan etibarən 16 yaşlı Adam Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb. Noyabrın 5-də məlum olub ki, gənc Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik şöbəsinin rəisi, noyabrın 29-da isə Şeyx Mənsur batalyonunun kuratoru təyin edilib. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər