• 24 Noyabr 2024 01:28

Rusiyada qıtlıq: türk şirkətləri tədarükə başladı

Türk şirkətləri Rusiyaya toyuq yumurtası ixrac etməyə başlayıb. Təchizatla bağlı heç bir problem olmayacaq.

Bunu Türkiyə Yumurta İstehsalçıları Birliyinin sədri Mustafa Afyon deyib.

“Üç şirkətimiz tədarüklərə başlayıb. Ümumilikdə 21 türk şirkəti Rusiyaya toyuq yumurtası tədarükü üçün icazə alıb. İxracla bağlı heç bir problem olmayacaq, biz Rusiya tərəfinin bütün ehtiyaclarını ödəməyə hazırıq”, – Afyon bildirib.

Qeyd edək ki, Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb. Yumurtanın qiyməti ölkədə 17 faiz bahalaşıb. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər