Süni intellektin media işçilərinin və jurnalistlərin işini əlindən ala biləcəyi ilə bağlı müzakirələr artır.
“Unikal” xəbər verir ki, mütəxəssislər süni intellektin düz mətn yazmaqda kifayət qədər yaxşı iş gördüyünü bildirsələr də, alqoritmlərin heç vaxt insanlar kimi xüsusi xəbərlər hazırlaya bilməyəcəyini düşünürlər.
Süni intellekt artıq həyatımızın hər sahəsindədir. “Microsoft” süni intellektin imkanlarına görə 10 min insanı ixtisar etməyi planlaşdırır, son günlər gündəmdə olan əsas müzakirələrdən biri də süni intellektin media işçilərinə təsiridir. Süni intellektlə xəbərlərin çapı və təqdim edilməsi kimi texnoloji inkişaflara ehtiyatla yanaşan ekspertlər jurnalistikada insan amilinin vacibliyinə diqqət çəkirlər.
Bununla bağlı Doğuş Universitetinin Doktoru İlknur Doğu Öztürk bildirib ki, süni intellektdən istifadə edərək xəbər yazmaq jurnalistika kimi təyin edilə bilməz: “İnsandan məlumat almadan xəbər çıxarmağın jurnalistika olmadığını düşünürəm. Süni intellekt dediyimiz texnologiya alqoritmlərdən ibarətdir”.