• 22 Sentyabr 2024 17:20

Vəkili: Kərimov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyülüb .

Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi Kanal-11 internet kanalının rəhbəri Teymur Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Tacxeber  “Turan” informasiya agentliyinə istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (külli miqdarda əmlak ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələriylə ittiham olunur.

Vəkil Nemət Kərimli açıqlamasında bildirib ki, Kərimov ittihamları rədd edir və cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Vəkilin sözlərinə görə, Kərimov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyüldüyünü deyib. Döyülmə ilə bağlı müdafiə tərəfi prokurorluğa müraciət edəcək.

Tacxeber.com

Oxşar xəbərlər