Pekin metrosunda qəza: yaralılar var Dünya Hadisə 14 Dekabr 2023 20:20 143 Çinin paytaxtı Pekində metroda qatar vaqonlarının ayrılması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb. Bu barədə nəqliyyat komitəsi məlumat yayıb. Bildirilib ki, xilasedicilər və həkimlər hadisə yerinə gəliblər. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri aydınlaşdırılır. Tacxeber.com