• 24 Noyabr 2024 06:58

Yaddaşı gücləndirəcək qeyri-adi, həm də GÜCLÜ VASİTƏ

Həkim Maykl Moslidən heyrətamiz üsul…

yaddasi-guclendirecek-qeyri-adi-hem-de-guclu-vasite

 

Həkim Maykl Mosli yaddaşı və problem həll etmə bacarıqlarını inkişaf etdirə bilən heyrətamiz bir üsul ortaya qoyub.

Tacxeber.com “Çempionat.com”a istinadla bildirir ki, bu qədim təcrübənin Çində yarandığı güman edilir.

Söhbət geriyə doğru addımlamaqdan gedir. Maykl Mosli qeyd edib ki, geriyə 100 addım atmaq, 1000 addım irəli atmaq qədər effekktlidir.

Həkimin sözləri Böyük Britaniyanın Roxempton Universitetinin tədqiqatçıları tərəfindən təsdiqlənib. Elm adamları 100 könüllüdən videoya baxmağı və sonra irəli, geri hərəkət etməyi və ya yerində qalmağı xahiş ediblər. Onlar diqqət ediblər ki, geriyə doğru hərəkət edən qrup həmişə videodakı məlumatları digərlərindən daha çox xatırlayıb.

Mosli həmçinin əlavə edib ki, geriyə doğru yerimək reaksiya müddətini artırır və beyin resurslarını səfərbər etmək üçün güclü bir tətikdir.

Tacxeber.com

Oxşar xəbərlər