• 22 Sentyabr 2024 18:35

Alimlərdən ev pişikləri ilə bağlı ARAŞDIRMA: Şizofreniyaya tutulma riskini artırır

Alimlərdən ev pişikləri ilə bağlı ARAŞDIRMA: Şizofreniyaya tutulma riskini artırır

 

Alimlər ev pişiklərinin şizofreniyaya tutulma riskini artırdığını irəli sürüblər.

Tacxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu nəticəyə Avstraliyanın Kvinslend Universitetinin mütəxəssisləri gəlib.

Onlar son 44 ildə 11 ölkədə aparılan 17 araşdırmanı təhlil ediblər.

Müəyyən olunub ki, 25 yaşından əvvəl insanların şizofreniya xəstəliyinə tutulma ehtimalı digər respondentlərə nisbətən iki dəfə çoxdur.

Qeyd edək ki, xəstəliyin simptomları adətən 16-30 yaş arasında özünü göstərir. Nadir hallarda uşaqlar şizofreniyadan əziyyət çəkirlər.

Alimlər bunun səbəbinin ev pişiklərində rast gəlinən və ev heyvanının dişləməsi ilə insan orqanizminə daxil ola bilən parazit Toksoplazma (parazit protistlərin monotip cinsi) ola biləcəyini deyirlər.

Tədqiqatçıların fikrincə, bu mərkəzi sinir sisteminə nüfuz edə və beyindəki neyrotransmitterlərə təsir edə bilir. Nəticədə şəxsiyyət dəyişikliklərinə, psixotik simptomlara və şizofreniya kimi psixi pozğunluqlara səbəb olur.

Tacxeber.com

Oxşar xəbərlər