İstanbulda həbs edilən azərbaycanlı iş adamı ilə Röyanı nə bağlayır? – FOTO
Xəbər verdiyimiz kkmi Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan Albaniya pasportlu iş adamı Dionis Şahollini həbs edib.
“Habertürk” xəbər verir ki, saxlanılan şəxsin dələduzluq və hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı polisə şikayətlər daxil olub.
Araşdırma zamanı o da məlum olub ki, Şahollinin üzərində Həmzət İsmayılovun adına Rusiya Federasiyası vətəndaşının pasportu olub. Bu hələ hamısı deyil: Türkiyə prokurorluğunun müəyyən etdiyi kimi, saxlanılan Dionis Şaholli əslində dələduzluqda təqsirləndirilən, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Azad İsayevdir.
Qeyd edək ki, bu şəxs barəsində istintaq İstanbul Bakırköy və Küçükçekmece rayon prokurorluqları tərəfindən aparılır. Küçükçekmece prokurorluğunda dindirilərkən o, dələduzluq ittihamlarını rədd edib, lakin Rusiya vətəndaşlığına malik olduğunu və bu ölkədən Həmzət İsmayılovun adına pasport aldığını təsdiqləyib.
Küçükçekmece prokurorluğu tərəfindən saxlanılan şəxsin Rusiya pasportunun etibarlılığının yoxlanılması üçün müvafiq sorğular göndərilib, daha sonra o, Küçükçekmece Rayon Məhkəməsinə aparılıb və məhkəmə “Dionis Saholli” barəsində yüngül həbs qətimkan tədbiri seçərək polis nəzarətinə verib.
Daha sonra iş adamı Bakırköy prokurorluğunda dindirilib və o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. “Şaholli” istintaq orqanlarını keçmiş məşuqəsi Aişədən borca götürdüyü pulu qaytardığına inandırmasına baxmayaraq, zərərçəkmişin şikayəti əsasında Bakırköy Rayon Məhkəməsi onun həbs edilməsinə dair qərar verib.
Azad İsayev beynəlxalq axtarışa verilib