• 12 Yanvar 2025 15:40

“Mən həmişə güclü olmuşam, oğlanlar məndən çəkinib…” – Bakirə qalmağa and içən qadın

O, kişilərdən nikaha girmək üçün 15 təklif alıb, hamısından imtina edib

“Bacı-qardaşlarıma deyirdim ki, tez ailə həyatı qurmayın, həyatdan zövq alın…”

35 il öncə ömrünün sonunadək bakirə qalmağa and içən qadın səhraya köçüb…

Ömrü boyu bakirə qalmağa and içən qadın alban səhrasında yaşayır.

Bu barədə “Express” nəşri yazıb.

Duni təxminən 35 il öncə bakirə qalmağa and içib, nəticədə seksdən imtina edib və burneşa statusunu qəbul edib.

Albanca “burneşa” olmaq (zahiri görkəm və öhdəliklərlə birgə kişi statusunu qəbul etmək ənənəsi) həmçinin o deməkdir ki, Duni öz üzərinə “kişi kimi yaşamaq” öhdəliyini götürüb.

58 yaşlı Duni özünü transgender hesab etmir, lakin onun andı o deməkdir ki, kişi geyimində olur, saçlarını qırxır, həmçinin cinsi əlaqədən imtina edir.

Fəqət, bu andından öncə Duni 23 yaşında 15 evlilik təklifini rədd edib.

“Mənim çoxsaylı seçimim olub, lakin mən azad olmaq və özümü başqa cür hiss etmək istəyirdim.

Mənim belə imkanım olub, çünki atam təhsilli və ədalətli, qərəzsiz adam olub, ona görə də mən ərə getməyə bilərdim. Mən öz qardaş-bacılarıma deyirdim: “Tez ailə həyatı qurmayın, həyatdan zövq alın”.

Duni atasının vəfatından sonra balaca qardaş-bacılarına qayğı göstərmək üçün burneşa olub.

O, deyib ki, atasını itirəndən sonra onun qarşısında ya kiməsə ərə getmək, ya da bakirəliyini saxlamaq andı ilə başqasının deyil, öz ailəsinə xidmət etmək seçimi dayanıb.

Bu, həmçinin onu ailə başçısına çevirib, bu da o deməkdir ki, o, pul qazana bilərdi.

İndi o, Albaniyanın şimalında yerləşən Lepuşa kəndində şaledə, (şale taxtadan düzəldilmiş balaca komadır-red.) yalnız özünün sevimli Elzas cinsindən olan ev heyvanı ilə yaşayır.

O, həmçinin İtaliyanın futbol üzrə yığmasının pərəstişkarıdır.

Ola bilsin ki, onun həyat tərzi heç də hamının xoşuna gəlmir, lakin Duni əlavə edib ki, heç vaxt ərə getmək marağında olmayıb.

“Mən, sadəcə, deyirdim: “Yox, yox, yox, bu oğlanın kim olduğu mənim üçün maraqlı deyil. Bizim ailəmizin yaşadığı evə müxtəlif ailələrdən elçi gəlib. Mən həmişə “yox” demişəm.

Mən çox güclü olmuşam, ona görə də oğlanların çoxu məndən çəkinib, hətta bu gün də çəkinir”, – o, əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər