Xəbər verdiyimiz kimi tiktokda gənc cütlük canlı açıb “1 milyon bəyənmə gəlsə, romantik anlara başayacağam” deyib. Bundan sonra həmin cütlük saxlanılıb.
Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, TikTok sosial media platformasında yataqdan yayım edərək pul yığmağa çalışan cütlük saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Sərbəst buraxıldıqdan sonra “Show Haber”-ə açıqlama verən Kadir Baykara “Qazancım camaata toxundu. Yayımlardan orta hesabla 50-60 min TL qazanırdıq. Xalqımız bunu bir az pis qəbul etdi. Mən romantik bir anım var onu edəcəm demək istəmişdim. Məndən də pis adamlar var. Hamamda canlı açanlar var. Normal yayım edirdik, amma axın vasitəsilə çox diqqət çəkdi. Mən utandım, düzünü desəm, peşman deyiləm, amma… canlıları davam etdirəcəm” deyib.(Milli.Az)