• 24 Noyabr 2024 12:35

Uzun çəkən COVID-19 getdi – qripdən narahat olmaq vaxtıdır

Uzun çəkən COVID-19 getdi - qripdən narahat olmaq vaxtıdır

 

Mövsümi qrip təhlükəsinə görə artıq COVID-19-u üstələyib və eyni ölümcül fəsadlara malikdir.

Bu barədə koronavirusun qriplə yanaşı uzunmüddətli təsirlərini öyrənən Vaşinqton Universitetinin Tibb Məktəbinin tədqiqatçıları xəbərdarlıq ediblər. Araşdırmanın nəticələri “Lancet” jurnalında dərc olunub.

Tədqiqatlar göstərib ki, qrip koronavirusa bənzər uzunmüddətli simptomlara səbəb ola bilər.

Mütəxəssislər mövsümi qrip və ya koronovirusla xəstəxanaya yerləşdirilən xəstələrin növbəti 18 ay ərzində ölüm riski daşıdığını bildiriblər. Ən riskli görünənlərin isə respirator problemləri olub.

“Pandemiyadan öyrənilən əsas dərs odur ki, əvvəlcə yalnız qısamüddətli olduğu düşünülən hər bir infeksiya xroniki xəstəliyə də səbəb ola bilər”, – deyə mütəxəssislər vurğulayıblar.

Alimlər 90 mindən çox pasiyentin ölüm, xəstəxanaya yerləşdirmə və fəsadları ilə bağlı qeydini təhlil və müqayisə ediblər. Nəticələrə görə, hər iki virus üçün ən böyük risk ilkin yoluxmadan 30 gün sonra görünüb.

“Əlbəttə, koronavirus mövsümi qripdən daha çox sağlamlıq itkisi riski daşıyır. Ancaq onların hər ikisi ciddi əlillik və xəstəliklə nəticələnə bilər”, – deyə alimlər vurğulayıblar.

Tacxeber.com

Oxşar xəbərlər