AFFA-nın hesabat-seçki konfransının vaxtı yaxınlaşdıqca ortalıqdakı “lal sükut” tədricən aradan qalxır.
Rövnəq Abdullayev yenidən seçilmək istəyini ortaya qoyur, Elxan Məmmədov ilyarımdır “gizləndiyi kol dibindən” (oxu: FİFA) çıxaraq “mən də varam” deyir.
Onun Bakıya son səfəri əvvəlkilərdən fərqli və maraqlı idi. FİFA-nın ilk və hələki yeganə xanım baş katibi Fatma Samuraya qoşulub Beynəlxalq Avtomobil Federasiyasının Bakıdakı tədbirinə gələn Elxan Məmmədovu bu toplantı qətiyyən maraqlandırmırdı…
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetində Elxan Məmmədovun Parisdən Bakıya bu qaçaraq səfərinin “pərdəarxası” ehtimal olunan detallarına toxunub.