• 24 Noyabr 2024 10:05

“Milad bayramıdır səcdəgahımız!”: Mariya Zaxarova Milad bayramı mahnısı üçün şeir yazıb…

“Məni heyrətə gətirən bir rahibənin öz dini duyğularını təsvir edən şeiri ifa etməsi olub…”

“Bu şeir haqqında çox yazılan əbədi mövzuya yeni hisslər, yeni emosiyaların gətirilməsidir…”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qüdsü ziyarət etdikdən sonra ilhama gələrək təyyarədə Milad bayramına şeir qoşub.

Moderator.az xəbər verir ki, bu barədə “Moskovski komsomolets ” nəşri yazıb.

Mahnının prezentasiyası 24 dekabr katoliklərin Milad bayramı ərəfəsinə təyin edilib.

“Biz elə mahnı düşünmüşük ki, onu hamı oxuya bilsin. Hamıya Yeni il-Milad hədiyyəsi etmək istəyirik. Buna bir qəpik də dövlət vəsaiti sərf edilməyib, amma yenə də həmişəki kimi hansısa hiylə axtaranlar var.

Mahnının sözlərinin müəllifi deyib ki, Qüdsə ziyarətə gedəndə ağlına belə ideya gəlib:

“Məni heyrətə gətirən bir rahibənin öz dini duyğularını təsvir edən şeir oxuması olub. Mən heyrətə gətirən bir tərəfdən onun cəsarəti, digər tərəfdən ciddi ehkam hesab edilən şeylərə qəribə baxışı olub.

O zaman mən anladım ki, buna sevgi ilə yanaşan insana bütün həqiqətləri emosiyaları vasitəsilə təsvir etmək haqqı verilib. Bu, haqqında bu qədər çox yazılan əbədi mövzuya hansısa yeni hisslər, emosiyalar və öz baxışını gətirən haldır”.

Müsahidən görünür ki, şeirin mətni uçuş zamanı yazılıb.

“Mən mahnını kimlə yazdırmaq barədə çox düşünmüşəm. Bu layihənin gerçəkləşməsi üçün ideyalar çox olub.

Hər şey inanılmaz enerjiyə malik, istedadlı və laqeyd olmayan insan, Rusiya-Belarus İttifaq Dövlətinin baş katibi Dmitri Fyodoroviç Mezentsevin xeyir-duası ilə alınıb.

Mən ona demişdim: “Maraqlıdır, “Slavyan bazarı” var, Rusiya-Belarus yay mahnıları var, amma qış mahnıları yoxdur. Bəlkə, nəsə düşünə bilərik?”

O, mənə belə cavab verib: “Əla ideyadır, düşünün!” Mən ona bu mahnının mətnini göstərdim, əlavə etdim ki, “biz iki pravoslav xalqıq, birlikdə bu qədər çətinliklərdən keçirik, bəlkə kimsə buna münasibət bildirəcək”.

O, bu ideyanı Belarusda təklif edib. Orada bu mahnının yaranmasında məmnuniyyətlə iştirak etmək istəyən adamlar tapılıb.

Mən xoşbəxtəm ki, bu mahnı ilk dəfə olaraq Belarus müğənnisi Kseniya Qaletskayanın fantastik səsi ilə ifa edilib. Bundan sonra isə hər kəs bu mahnını hiss etdiyi kimi ifa edəcək. Amma həqiqətən belə yüksək notlarda buna start verilib”, – Mariya Zaxarova deyib.

Musiqinin müəllifi Minskdən olan bəstəkar Leonid Şirindir.

“Moskovski komsomolets” nəşri mahnının nəqəratını dərc edib:

Tanrı bəxş eləyib bizə sevgini,

İlahi sevgidir xilaskarımız!

Bütün bəlalardan qoruyar bizi,

Milad bayramıdır səcdəgahımız!

Ruhumuz dinçələr yenə bu günlər,

Yox olub çəkilər bəlalarımız!

Möcüzə bəxş edir Milad bayramı,

Qoy daim bol olsun uğurlarımız!..

Məqalədə qeyd edilir ki, mahnının yazılmasına dövlət xəzinəsindən bir qəpik belə sərf edilməyib.

Tacxeber.com

Oxşar xəbərlər