“Azərbaycandan yaxın vaxtlarda, Türkiyədən isə iki-üç həftəyə Rusiyaya yumurta idxal olunacaq”.
Bu sözləri Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib.
O bildirib ki, bu, Rusiyada yumurtanın qiymətini tənzimləməyə imkan verəcək.
“Azərbaycandan yumurta tezliklə gəlməlidir. İki-üç həftədən sonra Türkiyədən yumurta müvafiq idxal rüsumu olmadan gələcək ki, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”, – deyə Patruşev jurnalistlərə bildirib. (Konkret)