• 31 Oktyabr 2024 08:11

Telefonu yanına qoyub yatanlara ŞOK – Gecə görün nələr baş verir

Telefonu yanına qoyub yatanlara ŞOK - Gecə görün nələr baş verir

Smartfonlardan asılılıq artıq pik həddindədir. Bir çox insanın bu cihazları bütün günü, hətta yatanda belə telefonları yanlarında saxlayır. 

Türkiyənin tanınmış nevrologiya mütəxəssisi, professor Derya Uludüz bununla bağlı vacib xəbərdarlıq edib.

Demək olar ki, 24/7 smartfonlarla iç-içə bir həyat yaşayırıq. Bu cihazlar bir çox insan yatarkən belə ya çarpayının yanında, ya da yastığın altında olur. Ancaq bu vərdişlərin təhlükəli olduğuna diqqət çəkən Nevrologiya Mütəxəssisi Prof. Dr. Derya Uludüz, “Bir çox elmi araşdırmalar göstərir ki, smartfonlardan yayılan elektromaqnit dalğaları beynimizə və bədən sağlamlığımıza ciddi ziyan vurur” – Uludüz deyib.

Smartfonların yaratdığı problemləri təqdim edirik:

Yuxusuzluq: Gecə gec saatlara qədər telefonda vaxt keçirmək yuxu keyfiyyətini aşağı salır, çünki mavi işıq yuxu rejimini pozur. Bu, yuxusuzluğa və yorğunluğa səbəb olur. Telefonla yatmaq beyin dalğalarına zərər verə və uzun müddətdə yaddaş problemlərinə səbəb ola bilər.

Duruş problemləri: Davamlı olaraq telefona baxmaq boyun əzələləri və onurğanın tarazlığını pozur. Zamanla boyun ağrısı, artrit və onurğa problemlərinə səbəb ola bilər. Başın daim irəli əyilməsi onurğada əlavə yük yaradır. Onurğa təzyiqi artır və duruş pozuğuna səbəb olur.

Baş ağrısı: Telefonla yatmaq elektromaqnit dalğalarının təsiri ilə baş ağrılarına və hətta miqrenə səbəb ola bilər.

Xərçəng: Bəzi elmi araşdırmalar hələ tam sübuta yetirilməsə də, texnoloji cihazlardan yayılan elektromaqnit dalğalarının uzun müddətdə xərçəngin inkişafına səbəb ola biləcəyini göstərir. Beynəlxalq Xərçəng Araşdırmaları İnstitutunun 2008-ci ildə nəşr etdiyi hesabatda 10 il və ya daha çox mobil telefondan istifadə edən insanlarda beyin şişlərinin 40 faiz daha çox aşkar edildiyi bildirilir.

Göz yorğunluğu: Uzun müddət telefon ekranına baxmaq gözlərdə həddindən artıq yorğunluq, bulanıq görmə, göz əzələlərində həddindən artıq gərginlik, gözlərdə ağrı, qızartı və quruluğa səbəb olur.

Diqqət və konsentrasiya problemləri: Daimi bildirişlər və ekran qarşısında uzun müddət qalmaq diqqəti dağınıqlığı və konsentrasiya problemlərinə səbəb ola bilər.

Sonsuzluq: Elmi araşdırmalar göstərib ki, gün ərzində uzun müddət smartfondan istifadə kişilərdə sonsuzluğa səbəb ola bilir.

Sosial təcrid: Həddindən artıq telefon istifadəsi real həyatla əlaqəni kəsir və sosial əlaqələri zəiflədir. Telefonda daimi diqqət real dünyadakı qarşılıqlı əlaqəni azaldır. Üz-üzə ünsiyyət əvəzinə rəqəmsal ünsiyyətin seçilməsi sosial qarşılıqlı əlaqənin azalmasına səbəb ola bilər.(musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər