• 31 Oktyabr 2024 08:14

“Xoşqədəmdən heç nə gizlətmirəm, ondan qorxuram” – Doğuş

“Xoşqədəmdən heç nə gizlətmirəm, ondan qorxuram” - Doğuş

Türkiyəli müğənni Doğuş “2. sayfa” proqramında qonaq olub. O, teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evli olduğu halda başqa qadınla dini nikahda olması ilə bağlı çıxan iddiaların münasibətlərinə necə təsir etməsindən danışıb.

Tacxeber.com xəbər verir ki, ifaçı sözügedən məsələni Xoşqədəmin də araşdırdığını deyib. O, həyat yoldaşından qorxduğunu və ondan heç nə gizlətmədiyini əlavə edib:

“Əgər vacib bir şey olsaydı, evliliyimizə təsir edərdi. Çünki heç bir qadın belə bir şeyi qəbul etməz. Hələ mənim xanımım, ümumiyyətlə. Bu mövzu ilə əlaqədar vəkilim zamanı gələndə açıqlama verəcək və hər cür nöqtəni qoyacaq.

Həyat yoldaşım bu mərhələni gülüb-oynayaraq keçdi. Çünki hər şeydən xəbəri var. Mən ondan heç nə gizlətmirəm. Ona deyirəm ki, bu belədir, o elə. Deyir ki, yaxşı. Bir də kəşfiyyatçı kimi qadındır. 30 ildir qovuşa bilməyənləri birləşdirir. Sizcə mümükündür, ona yalan demək? Gözləmədiyin yerdən gözləmədiyin insanları qarşına çıxardar. Həyat yoldaşından qorxmayan kafirdir. Özü də necə qorxuram. Bu mövzu da araşdırmışdır, ona görə də rahatdır. O mənim sultanımdır. Telefonumu qoyuram, şifrəni bilir. Mən nələr yaşamışam, bunlar heç nədir”.

Qeyd edək ki, Esra adlı qadın Türkiyənin “Show TV” kanalında yayımlanan “Didem Arslan Yılmazla Asla vazgeçme” verilişinə gələrək, Doğuşun onunla dini nikaha girdiyini deyib.

Məsələ ilə bağlı Doğuş və Xoşqədəm məhkəməyə müraciət edib.

Doğuş və Xoşqədəm 2014-cü ildə ailə həyatı qurub. Onların bu evlilikdən əkiz oğulları var./Axsam.az

Tacxeber.com

Oxşar xəbərlər