• 21 Sentyabr 2024 12:24

İsrail İrana hücum etdi: Xamenei, odla oynamağın bir hesabı var

 

İsrail hakerləri İranın yanacaq təchizatı sisteminə kiberhücum təşkil edib.

Tacxeber.com xəbər verir ki, bu barədə İsrail ordusunun radiosu məlumat yayıb. Kiberhücum nəticəsində yanacaqdoldurma məntəqələrində göstərilən xidmətlər dayandırılıb.

İsrail ordusu “Bu kiberhücum İranın və onun regiondakı etibarlı qüvvələrinin təcavüzünə cavabdır. Xamenei, odla oynamağın bir hesabı var”,- deyə bəyanat verib.

İranın dövlət mediası paytaxt Tehranda bəzi yanacaqdoldurma məntəqələrinin fəaliyyətini dayandırdığını açıqlayıb, lakin bunun səbəbi hələ aydın deyil.

Tacxeber.com

Oxşar xəbərlər