• 20 Sentyabr 2024 10:55

Priqojinin baş təlimatçısı Niderlanda qaçdı: Ptinini ifşa etməyə hazıram .

Rusiya QRU-nun (Xarici Kəşfiyyat İdarəsi) keçmiş mayoru və Vaqner silahlı birləşməsinin baş təlimatçısı Amsterdama uçaraq siyasi sığınacaq istəyib. 

Bu barədə Nederland mediası yazıb. Adı açıqlanmayan baş təlimatçı Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxış etmək, 2014-2015-ci illərdə və 2022-ci illərdə Rusiya Federasiyasının hərbi cinayətləri, o cümlədən əhalini Ukrayna Silahlı Qüvvələrinə qarşı yönəltmək üçün Donetskin atəşə tutulması barədə ifadə vermək istəyir:

-Beynəlxalq istintaqa və məhkəməyə mənə məlum olan korrupsiya, hərbi təcavüz, cinayətlər faktlarını demək və Putinin 2014-cü ildə Ukraynaya müdaxiləsi ilə bağlı qanunsuz planlarını üzə çıxarmaq istəyirəm.

Qeyd edək ki, 2023-cü il 23 avqustda müəmmalı şəkildə təyyarə qəzasında həlak olan Yevqeni Priqojin 2014-cü ildən Vaqner silahlı qruplaşmasına rəhbərlik edirdi. O, Ukraynaya qarşı müharibədə korrupsiya və uğursuzluqlardan danışıb ordu rəhbərliyini ittiham etdikdən və Moskvaya yürüşə cəhddən bir müddət sonra təyyarə qəzasında həyatını itirib.

Tacxeber.com

Oxşar xəbərlər