106 yaşlı qadın bu vərdişə görə uzun ömür sürüb Dünya Sağlamlıq 19 Dekabr 2023 16:56 224 ABŞ vətəndaşı 106 yaşlı Erma Piters 1917-ci ildə anadan olub. Onun ailəsi 10 nəfərdən ibarət idi. 19 yaşında başqa şəhərə köçüb və fabrikdə işləyib. Əkiz anası olan Erma hazırda qocalar evində yaşayır. O, çox zarafatcıldır. Uzun ömrünün sirrini qadın dostları, əhatəsi və zarafatlarında görür. Məhz deyib-gülmək və əylənmək onu xoşbəxt edir. Eləcə də Piters çoxlu desert, şirniyyat və müntəzəm olaraq, portağal şirəsi içdiyini bildirib. (Medicina) Tacxeber.com