• 21 Sentyabr 2024 01:39

Rusiyadan qayıdan kişi həyat yoldaşının həyatına son qoyur ki… – Siyavuş Novruzov

 

Özəl sektorda çalışan qadınlar çox çətinliklərlə qarşılaşırlar. İctimai-siyasi fəaliyyətlə məşğul olan qadınların da roluna diqqət yetirilməlidir.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, müəyyən qurumlarda qadınların sayının artması diqqət mərkəzində olmalıdır:

“Qadınların öldürülməsi gündəlik xəbərə çevrilib. Qaynata gəlinini güllələdi, ər arvadını öldürdü – kimi xəbərlər hər gün yayılır. Elə gün 2, elə gün 7, ildə isə təxminən 1000 qadın öldürülür. Burada “Tik-Tok”, seriallar və informasiya texnologiyalarının rolu var. Artıq kəndlərdə də qadınların ölümü baş verir. Rusiyadan qayıdan kişi birinci elə əsəbini həyat yoldaşından çıxır, onu öldürür. Bu, çox pis nəticəyə gətirib çıxaracaq. Televiziyalarda belə halları təbliğ edən seriallara qadağa qoyulmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər