• 21 Sentyabr 2024 15:04

Tələblərin yaşayış xərclərini dövlət qarşılaya bilər? -AÇIQLAMA

Tələblərin yaşayış xərclərini dövlət qarşılaya bilər? -AÇIQLAMA

 

Bəzi tələblərin təhsili ödənişsiz olsa da, orada təhsil almaq istəyənlər təhsil müddətində nəzərə almalı olduğu müxtəlif xərclər var. Xərclərin böyük bir hissəsini tələbələrin mənzildə və ya tələbə yataqxanasında yaşamalarından asılı olaraq dəyişir. Bəs bu xərclər dövlət tərəfindən qarşılana bilərmi?

Məsələ ilə bağlı təhsil eksperti İlqar Oruc Sonxeberaz-a açıqlama verib.

“Bölgələrdən gələn tələbələrin təhsil haqlarından əlavə digər xərclərin də dövlət tərəfindən qarşılanması düzgün deyil. Bu xərclər qarşılana bilməz. Çünki dünyada belə bir təcrübə yoxdur. Yaşayış xərcləri deyiləndə, burada söhbət kiraya haqları ilə bağlı müvafiq kreditlərin verilməsindən gedir. Bununla bağlı Təhsil tələbə Krediti fondu yeni paketinin üzərində işləyir. Yaxın günlərdə bu dəyişikliklərə şahid olacayıq.

Yaxşı olardı ki, universitetlərin özlərinin yataqxana kompleksləri olsun. Bizim universitetlərin ən ağrılı yeri isə yataqxana məsələsirdir. Bu yataqxanalar zamanında məcburi köçkünlərə verilmişdi. Əlbəttə qayıdış proqramına uyğun olaraq həmin insanlar öz doğma yurdlarına qayıdandan sonra yeni yataqxanaların tikintisinə başlanılıcaq. Belə olduqda isə tələbə yataqxanalarında yaşayış təmin oluna bilər”.

Tacxeber.com

Oxşar xəbərlər