• 21 Sentyabr 2024 09:44

Trampın prezident seçkilərində iştirakına qadağa qoyuldu – FOTO

Trampın prezident seçkilərində iştirakına qadağa qoyuldu - FOTO

 

ABŞ-nin keçmiş prezidenti Donald Trampa prezident seçkilərində iştirakınaq qadağa qoyulub.

Tacxeber.com  xarici mənbəyə istinadən xəbər verir ki, Konqresə basqında əli olduğu qeyd edilən Donald Trampın “prezidentliyə yararsız” olduğuna qərar verilib. Kolorado Ali Məhkəməsi
Trampın 5 noyabr 2024-cü ildə keçiriləcək seçkilərə qatıla bilməyəcəyi ilə bağlı açıqlama verib.

Sözügedən qərar yalnız Trampın Kolorado ştatındakı vəziyyətinə təsir etsə də, bunun 5 noyabr 2024-cü ildə ölkə daxilində keçiriləcək prezident seçkilərinə dolayı təsir göstərə biləcəyi ifadə edilib.

ABŞ tarixində ilk dəfə olaraq Konstitusiyanın “üsyan” maddəsi namizədin prezident seçkilərinə qatıla bilməməsinə səbəb kimi istifadə edilib. Sözügedən bənddə deyilir ki, “federal və ya əyalət rəsmisi dövlətə qarşı üsyan və ya qiyamda iştirak etməməli, dövlətin düşmənlərinə yardım verməməlidir”.

Trampın qərarı ABŞ Ali Məhkəməsinə çıxaracağı və yekun qərarın orada veriləcəyi gözlənilir.
Trampın prezident seçkilərində iştirakına qadağa qoyuldu - FOTO

Tacxeber.com

Oxşar xəbərlər